Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın XİN başçısı İranla əldə olunan razılaşmalardan danışıb
Tarix: 27-12-2021 | Saat: 12:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azərbaycanın XİN başçısı İranla əldə olunan razılaşmalardan danışıb

“İranla Xarici İşlər Nazirliyi səviyyəsində siyasi məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsi barədə razılığa gəldik. Bu ən azı 6 aydan bir olacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.

“Azərbaycan və İran XİN-ləri arasında kommunikasiya sahəsində İşçi qrupun yaradılması razılığı əldə olunub. İşçi Qrupa Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə İran XİN sözçüsü rəhbərlik edəcək”, - C.Bayramov bildirib.



Xəbəri paylaş

281 dəfə oxunub.

Digər xəbərlər