Saytımızı qiymətləndirin


 
 

Ceyhun Bayramov: “3+3 platforması regional əməkdaşlığın inkişafına töhfə verir”
Tarix: 27-12-2021 | Saat: 12:23
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər

 

Ceyhun Bayramov: “3+3 platforması regional əməkdaşlığın inkişafına töhfə verir”

“3+3 formatında platformanın yaradılması regional səviyyədə münasibətlərin inkişafına töhfə verir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, uzun danışıqlara baxmayaraq, 3+3 platformasının ilk görüşü dekabr ayında keçirildi, lakin Gürcüstan bu tədbirdə iştirak etmədiyindən görüş 3+2 formatında baş tutdu.

C.Bayramov deyib ki, belə bir platformanın yaradılması regionda nəqliyyat və təhlükəsizlik sahələrinin inkişafına müsbət təsir göstərməlidir.

“Gürcüstan bu görüşdə iştirak etməsə də, danışıqların nəticələrini ona təqdim etmək barədə qərar qəbul edilib”, - XİN başçısı vurğulayıb.



Xəbəri paylaş

227 dəfə oxunub.

Digər xəbərlər