Saytımızı qiymətləndirin


 
 

Cərəyanla balıq ovlayanlar saxlanıldı
Tarix: 27-12-2021 | Saat: 10:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Vəliuşağı kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkar olunub. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Xaliq Cəfərov və Yunis Baxşəliyev olduqları müəyyən edilib. Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.



Xəbəri paylaş

260 dəfə oxunub.

Digər xəbərlər
16-12-2021, 16:50 Peyvənd olunanların SAYI