Saytımızı qiymətləndirin


 
 

Türkiyə DİN İstanbul Böyükşəhər Bələdiyyəsində terrorçu axtarışı ilə əlaqədar yoxlamalara başlayıb
Tarix: 27-12-2021 | Saat: 00:18
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə DİN İstanbul Böyükşəhər Bələdiyyəsində terrorçu axtarışı ilə əlaqədar yoxlamalara başlayıb

Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) tabe olan şirkətlərə təyin olunan kadrlar arasında terrorçuların olduğu şübhəsi ilə təftişə başlayıb.

Qarabaginfo.az xəbər vrerir ki, bu barədə Türkiyə DİN-in “twıtter” səhifəsindən açıqlama yayılıb.

Bildirilib ki, İBB-yə tabe olan şirkətlərdə 455-i Kürdüstan Fəhlə Partiyası (PKK) / Kürdüstan İcmalar Birliyi (KCK), 80-i İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C), 20-si Marksist-Leninçi Kommunist Partiyası (MLKP), 2-si Marksist Kommunist Partiyası (MKP) olmaqla, həmçinin, bəzilərinin FETÖ və digər terror təşkilatlarına bağlı olduğu müəyyən edilərək DİN tərəfindən xüsusi yoxlama başlanılıb.(Apa)



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər