Saytımızı qiymətləndirin


 
 

Nelson Mandelanın cəza çəkdiyi kameranın açarının satışa çıxarılması narazılıq doğurub
Tarix: 26-12-2021 | Saat: 09:16
Bölmə:Karusel / Dünya | çapa göndər

Nelson Mandelanın cəza çəkdiyi kameranın açarının satışa çıxarılması narazılıq doğurub

Böyük Britaniyanın “Guernsey’s” hərrac evində CAR-ın ilk qaradərili prezidenti Nelson Mandelanın cəza çəkdiyi həbsxana kamerasının açarının satışa çıxarılması narazılıq doğurub.

Qarabaginfo.az-ın xəbərinə görə, hərrac evi açarı həbsxananın nəzarətçisi olmuş Kristo Brandın təqdim etdiyini bildirib. Satış yanvarın sonunda keçiriləcək.

Hərrac evinin bu açıqlaması Cənubi Afrika Respublikası hökumətinin ciddi etirazına səbəb olub. Ölkənin xarici işlər nazirliyi bəyanat yayaraq açarın dərhal öz sahibinə, yəni ölkəyə qaytarılmasını tələb edib.

“Bu açar Cənubi Afrika xalqına aiddir və heç kəsin şəxsi mülkiyyəti ola bilməz” deyə, ölkənin xarici işlər naziri Nathi Mtetva bildirib.

Qeyd edək ki, ABŞ-ın ilk qaradərili prezidenti Nelson Mandela (1994-1999) Robbeneyland adasındakı həbsxanada cəza çəkib. Ada 1999-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.(Apa)

Nelson Mandelanın cəza çəkdiyi kameranın açarının satışa çıxarılması narazılıq doğurub


Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər