Saytımızı qiymətləndirin


 
 

“Kalaşnikov” gizlədən şəxs həbs edildi
Tarix: 25-12-2021 | Saat: 14:11
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

“Kalaşnikov” gizlədən şəxs həbs edildi

 

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qarabaginfo.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən rayonun Xırdapay kənd sakini Dəyanət Əliyev həmin kənd ərazisində saxlanılıb. Daha sonra RPŞ-yə gətirilən D.Əliyevin rayonun Sor-sor kəndində odlu silah gizlətdiyi müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun kənd ərazisində gizlətdiyi atəşə yararlı vəziyyətdə olan AK-74 markalı “Kalaşnikov” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


 



Xəbəri paylaş

331 dəfə oxunub.

Digər xəbərlər