Saytımızı qiymətləndirin


 
 

Energetika naziri: "İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə transformasiyasının ən güclü dəstəkçisidir"
Tarix: 24-12-2021 | Saat: 21:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Energetika naziri: İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə transformasiyasının ən güclü dəstəkçisidir

"Prezident İlham Əliyev “yaşıl enerji” kursu Azərbaycanın enerji ölkəsi kimi inkişafında müasir qlobal trendlərə uyğun yeni səhifə açıb. Dövlət başçısı Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov Energetika Nazirliyində Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə “İlham Əliyev və müstəqil Azərbaycanın enerji siyasəti” mövzusunda keçirilən tədbirdə deyib.

Çıxış zamanı Azərbaycan iqtisadiyyatının sürətli inkişafına da diqqət çəkilib: “Son 18 il ərzində ümumi daxili məhsul üç dəfədən çox artıb. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib, 2 milyondan çox yeni iş yeri açılıb. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb”.

Qalib ordu formalaşdıran Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə planlı və ardıcıl şəkildə görülmüş işlərin Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdiyi qeyd edilib.

Dövlətimizin başçısının Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən siyasəti haqqında məlumat verilib, bu siyasət sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin, enerji ölkəsi kimi dünya enerji sisteminə qayıdışının və inkişafının təminatçısı “Neft Strategiyası”nın hədəflərinə nail olunduğu vurğulanıb: “Enerji təhlükəsizliyinə yanaşmada Azərbaycan modeli daha rasionaldır. Bu, enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsidir. Enerji təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balanslaşmanı seçməkdir. Məhz Azərbaycan Prezidentinin proqnozlaşdırılmış və dünyadakı çağırışları çevik nəzərə alan enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır”.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər