Saytımızı qiymətləndirin


 
 

“Fransada hələ də “erməni xəstəliyi”ndən qurtula bilmirlər”
Tarix: 23-12-2021 | Saat: 18:58
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

“Fransada hələ də “erməni xəstəliyi”ndən qurtula bilmirlər”

“Görünür, Fransada hələ də “erməni xəstəliyi”ndən qurtula bilmirlər. Əgər belə olmasaydı, özünə siyasətçi deyib, meydana atılan hər kəs dərhal üzünü ermənilərə sarı tutmazdı. Onlar ermənilərə rəğbət bəsləyə bilərlər, kimsə bunu qadağan edə bilməz. Amma ermənilər kimi davranmaq, erməni xislətli addım atmaq, erməni avantürasına xidmət etmək fransalı siyasətçilərə heç də şərəf gətirmir”.

Bunu Qarabaginfo.az a açıqlamasında Milli Məclsiin deputatı Vüqar İskəndərov deyib.

Fransada prezidentliyə əsas namizəd Valeri Pekrezin Qarabağa səfərini şərh edən deputat bildirib ki, bu siyasi avantüradır: “Bu, erməni lobbisinin puluna və dəstəyinə hesablanmış addımdır. Heç şübhəsiz ki, qeyri-qanuni, bütün diplomatık qaydalara zidd addımına görə, xanım Pekrez Azərbaycanın qara siyahısına düşəcək”.

V.İskəndərov əlavə edib ki, bu addım eyni zamanda Fransanın çirkin siyasətinin üzüdür: “Digər tərəfdən burada N.Paşinyanın da çirkin məqsədləri özünü büruzə verir. Belə ki, səfər qeyri-rəsmi şəkildə həyata keçirilir və Fransanın rəsmi mövqeyi deyil. Belə olan halda onun Qarabağa səfərini təşkil edən Ermənistan Baş naziri Nikol Paşinyan bu addımla ona dəstək verən prezident Makrona da badalaq vurur. Necə ki daha əvvəl Sorosa, Kremlə badalaq vurub”.

Deputat bu qeyri-qanuni səfərlə bağlı başqa bir məsələyə də aydınlıq gətirilməsinin zəruri olduğunu deyib: “Söhbət Rusiya sülməramlılarının davranışından gedir. Pekrezi Rusiya sülhməramlılarının niyə Qarabağa buraxdığına dair Azərbaycan cəmiyyəti haqlı sual verir. Yəqin ki, bu suala bir cavab veriləcək”.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər