Saytımızı qiymətləndirin


 
 

Türkiyədən Bakıya yaxın vaxtlarda 170 ədəd yeni avtobus gətiriləcək
Tarix: 23-12-2021 | Saat: 16:35
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

 

Bakıya hər biri 519 min manat olan 300 avtobus gətirilir - FOTO

Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi ilə Türkiyənin BMC şirkəti arasında imzalanan müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların paytaxta çatdırılması prosesinə başlanılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Agentliyin hazırladığı 2021-ci ildə sərnişindaşımanın təşkilinə dair hesabatda qeyd edilib.

Bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq vətəndaşların rahatlığını təmin etmək üçün avtobus parkının yenilənməsi cari ildə də davam etdirilib.

"Belə ki, 2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə BMC şirkəti arasında imzalanan müqaviləyə əsasən 150 ədəd avtobus paytaxta gətirilib. Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və "Avro 6" standartına uyğun avtobusların hamısı 12 metrlikdir", - məlumatda deyilir.



Xəbəri paylaş

1688 dəfə oxunub.

Digər xəbərlər