Saytımızı qiymətləndirin


 
 

Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər etdi - FOTO
Tarix: 22-12-2021 | Saat: 23:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

whatsapp sharing button

Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər edib.

Pekres fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Arayik Arutyunyan, David Babayan, həmçinin “Arsax”ın ruhani lideri ilə görüşüb. 

Qarabaginfo.az erməni mediasına istinadla xəbər verir ki, onun Ermənistana səfərinin rəsmi proqramında Qarabağa səfəri nəzərdə tutulmayıb.

“Prezidentliyə namizəd Ermənistana üç günlük səfərinin sonunda prezident Arayik Arutyunyanla görüşərək Arsax Respublikasına dəstəyini nümayiş etdirmək istəyib”, – Fransa nəşri LeFiqaro yazır. Səyahət qərarı dünən verilib, görünür, fransızlar səfəri Rusiya sülhməramlıları ilə razılaşdırıblar.

Maraqlıdır ki, Rusiya sülhməramlıları Qarabağa qəsdən əcnəbi vətəndaşları-təxribatçıları gətirirlər? Bu hadisəyə Xarici İşlər Nazirliyimizdən yəqin ki, reaksiya olacaq.(konkret.az)



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər