Saytımızı qiymətləndirin


 
 

Vyanada İranla bağlı növbəti müzakirələr gələn həftə başlayacaq
Tarix: 22-12-2021 | Saat: 20:57
Bölmə:Karusel / Dünya | çapa göndər

Vyanada İranla bağlı növbəti müzakirələr gələn həftə başlayacaq

"Vyanada müzakirələrin növbəti dövrü gələn həftə başlayacaq".

Qarabaginfo.az xəbər verir ki, bunu İran Parlamentinin Milli təhlükəsizlik komissiyasının üzvi Əbülfəz Əmuyi deyib.

O bildirib ki, növbəti dövr müzakirələrdə razılaşdırılmamış məsələlər o cümlədən sanksiyaların ləğvi kimi məsələlərə baxılacaq: "Sanksiyaların ləğvi üçün istəklərimizin uzun bir siyahısı mövcuddur. Mümkündür ki, qarşı tərəf həmin istəklərin bəzisi ilə bağlı xüsusi fikir bildirsinlər”.

Müzakirələrin son durumu ilə bağlı Ə.Əmuyi deyib ki, hazırda mövcud olan əsas mətndə 12 məsələ göstərilib: “Bəzi məsələlər haqqında fikir ayrılıqları mövcuddur. Yəni mətnin 80 faizi demək olar ki, razılaşdırılıb və həmin mətnin bəzi cümlələri ilə bağlı müzakirələr aparılmalıdır".

Vyanada səkkizinci dövr müzakirələrdə sazişin imzalanması gözlənilir ya yox? sualının cavabında Ə.Əmuyi deyib ki, masa arxasında müzakirə ilə mətbuat atmosferindəki müzakirə arasında fərq var: “Yəni tərəflər KİV-in oyunu ilə qarşı mətbuatın potensialından istifadə edərək qarşı tərəfə təsir göstərmək istəyirlər. Bunu anlamaq üçün ayıq olmaq lazımdır. Avropa və ABŞ KİV-nin mövqeyi belədir ki, İranın az vaxtı var. Lakin həqiqət budur ki, İran 4 ildir, yeni dövr sanksiyalarla üz-üzədir. Yəni İran sanksiyaların sıxıntı dövrünü artıq geridə qoyub. Baxmayaraq ki, bəzi iqtisadi çətinliklər mövcuddur, lakin neft satışını və ölkənin pul ehtiyatını təmin etməkdə İranın hazırkı durumu öncə ilə müqayisədə daha yaxşıdır. Yeni dövr müzakirələr prosesi xalqımızın iqtisadi durumunda özünü göstərməlidir".



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər
12-07-2022, 18:23 Bakıda ev yanıb