Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda vurulan vaksinlərin sayı 11 milyonu ötüb
Tarix: 22-12-2021 | Saat: 18:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda vurulan vaksinlərin sayı 11 milyonuötüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 142 vaksin vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 083, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 634, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 425 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 125 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 147 759, ikinci mərhələ üzrə 4 649 537 nəfər təşkil edir.

Ümumilikdə isə 1 328 162 “buster” doza vurulub.



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər