Saytımızı qiymətləndirin


 
 

Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək
Tarix: 22-12-2021 | Saat: 13:15
Bölmə:Karusel / Sosial / Təhsil | çapa göndər

Dövlət İmtahan Mərkəzi tərəfindəndükabrın 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

 

DİM-dən Qarabaqinfo.az-a verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 3 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 290 nəfər qeydiyyatdan keçib.

 

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.

 

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və bakalavrların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.

 

İmtahanların idarə olunması üçün 3 imtahan rəhbəri, 34 zal nəzarətçisi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.



Xəbəri paylaş

1360 dəfə oxunub.

Digər xəbərlər