Saytımızı qiymətləndirin


 
 

Məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlandı
Tarix: 22-12-2021 | Saat: 10:15
Bölmə:Karusel / Təhsil | çapa göndər

Məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlandı

 

2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini 2284 nəfər fərqlənmə attestatı ilə başa vurub.

Bu barədə Qarabaginfo.az-a idarədən məlumat verilib.

Bildirilib ki, onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

BŞTİ-nin tabeliyindəki məktəbləri 2021-ci ildə 30 məzun qızıl və gümüş nişanla başa vurub. Belə ki, 2020-2021-ci tədris ili üzrə idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 9-u  gümüş nişana layiq görülüb.



Xəbəri paylaş

398 dəfə oxunub.

Digər xəbərlər