Saytımızı qiymətləndirin


 
 

Paşinyandan hiyləgər addım: “Sarkisyanın yolunu tərsinə getmək istəyir”
Tarix: 21-12-2021 | Saat: 19:44
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyandan hiyləgər addım: “Sarkisyanın yolunu tərsinə getmək istəyir”
"Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasını dəyişdirmək istəyinin arxasında hansı səbəblər dayanır? Məsələ burasındadır ki, keçmiş prezident Serj Sarkisyanın istəyi ilə 2015-ci ildə tələsik qəbul olunan Ermənistan Konstitusiyasında boşluqlar var. Misal üçün hazırki konstitusiyaya görə baş nazirin Konstitusiya Məhkəməsinin rəhbərini vəzifəsindən azad etmək hüququ yoxdur. Nikol Paşinyan 2018-ci ildə inqilab yolu ilə Serj Sarkisyanı devirdi və növbədənkənar parlament seçkində qazandığı qələbə hesabına hakimiyyətə yiyələndi. Ancaq bu hakimiyyət Paşinyana Konstitusiya Məhkəməsinin tərkibini dəyişdirməyə imkan vermədi. Konstutisya Məhkəməsinin üzvlərini və rəhbərini isə keçmiş prezident Serj Sarkisyan təyin etmişdi. Keçmiş hakimlər Sarkisyanın adamları olduğundan Nikol Paşinyana uzun müddət problemlər yaratdılar".

Qarabaginfo.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikirincə, Nikol Paşinyanın ölkənin əsas qanununu dəyişdirməkdə əsas məqsədi gələcəkdə prezident kürsüsünə yilyənləməsi də ola bilər:

"Serj Sarkisyan Konstitusiyanı 2015-də ona görə dəyişdirmək həvəsinə düşdü ki, hakimiyyətdəki müddəti bitirdi, parlament və və baş nazirin statusunu artırmaqla özü yeni kürsüyə sahib olmaq istəyirdi. Ancaq onun bu planı alınmadı. Sarkisyan baş nazir kürsüsündə cəmi bir neçə ay otura bildi. Nikol Paşinyan tərəfdarlarını küçəyə çıxardaraq “mən baş nazir olmayacam” deyən Sarkisyana vədini xatırlatdı və onu devirdi. İndi isə belə çıxır ki, Paşinyan Sarkisyanın yolunu tərsinə getmək istəyir".

"Nikol Paşinyan Konstitusiya islahatları ilə bağlı fərman imzalayıb. Bu fərmana görə islahatlarla məşğul olacaq şura təsis ediləcək. Şuranın tərkibi hələ müəyyənləşməyib. Tərkibin formalaşmasının özü böyük mübahisələrə səbəb olacaq, hamı orada öz adamını görmək istəyəcək.

Nikol Paşinyan tələsmir. O yeni Konstitusiya islahatlarına razılaşmaqla sadəcə radikal rəqiblərini zəiflətmək istəyir. İslahatlar məşğul olacaq şuranın təsisi və yekun sənədin hazırlaması xeyli vaxt aparacaq. Bu zaman kəsiyində isə Paşinyan mövqelərini gücləndirməyə çalışacaq", - deyə Elxan Şahinoğlu şərh edib.(Yenisabah.az)



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər