Saytımızı qiymətləndirin


 
 

Putin və Makron Qarabağda vəziyyətin sabitləşməsindən məmnundur
Tarix: 21-12-2021 | Saat: 19:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin, Makron

 

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Rusiya və Fransa liderləri Avropa qitəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinin müzakirəsini davam etdiriblər.

Dağlıq Qarabağ nizamlanmasına dair fikir mübadiləsi zamanı vəziyyətin sabitləşməsindən və regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub.

Qeyd olunub ki, Rusiya və Fransa bu məsələlər üzrə fəaliyyət göstərir və gələcəkdə də sinxron fəaliyyət göstərmək niyyətindədir.



Xəbəri paylaş

1217 dəfə oxunub.

Digər xəbərlər