Saytımızı qiymətləndirin


 
 

Təbiətə 40 mindən çox ziyan vurdu
Tarix: 21-12-2021 | Saat: 17:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Təbiətə 40 mindən çox ziyan vurdu

 

Buzovna qəsəbəsinin çimərlik ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Qarabaginfo.az-ın xəbərinə görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazinin Buzovna bələdiyyəsi tərəfindən vətəndaş Gündüz İsmayılovun istifadəsinə verildiyi və “Kamaz” markalı 21-BD-701, 90-DV-484 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ərazidən 1012,5 m3 həcmində qanunsuz qum daşındığı və təbiətə 42 525 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.



Xəbəri paylaş

247 dəfə oxunub.

Digər xəbərlər