Saytımızı qiymətləndirin


 
 

"Aztelekom"un baş direktoruna I müavin təyin edilib
Tarix: 21-12-2021 | Saat: 12:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Aztelekomun baş direktoruna I müavin təyin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin baş direktoruna I müavin təyin edilib.

Qarabaginfo.az-ın əldə etdiyi məlumata görə, nazir Rəşad Nəbiyev bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Aysel Soltanovaya həvalə olunub. O, bundan əvvəl nazirliyə məxsus “Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") baş direktorunun müavini, daha əvvəl isə “Azərkosmos” ASC-nin (hazırda Kosmik Agentlikdir) Marketinq Departamentinin rəhbəri olub və sonuncu vəzifəsinə bu ilin mart ayında təyin edilib. Hələ ki, onun yerinə təyinat olmayıb.

Xatırladaq ki, "Baktelekom"un baş direktoru Nail Mərdanovdur. "Aztelekom"da isə bu vəzifəni müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edir.



Xəbəri paylaş

260 dəfə oxunub.

Digər xəbərlər
25-09-2022, 11:54 İranda zəlzələ olub