Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Rusiyaya tibbi oksigen göndərdi
Tarix: 20-12-2021 | Saat: 21:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Rusiyaya tibbi oksigen göndərdi

Azərbaycandan göndərilən tibbi oksigenin ilk partiyası Rusiyanın Stavropol vilayətinə çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladimir Vladimirov bildirib.

O qeyd edib ki, Azərbaycandan Rusiyaya tibbi oksigenin tədarükü ilə bağlı razılaşma həyata keçirilir.⠀

“Bir gün əvvəl rayona ilk partiya gəldi. Nevinnomısskda oksigen boşaldılıb, tibb müəssisələri arasında paylama artıq aparılır. İlk alanlar arasında Stavropolun 2-ci və 4-cü xəstəxanaları, İzobilnoye, Mineralnıye Vodı, Svetloqrad xəstəxanaları var”, - qubernator qeyd edib.⠀

“Qarşıda uzun Yeni il tətilləri var, buna görə də hər hansı bir fasilə ehtimalını istisna etmək üçün oksigen ehtiyatına sahib olmaq vacibdir. Bu iş xüsusi nəzarətdədir”, - Vladimirov əlavə edib.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər
18-01-2022, 11:27 Mahir Xəttaba hökm oxundu