Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda “National Geographic” tipli kanalların yayım şərtləri asanlaşdırılacaq
Tarix: 20-12-2021 | Saat: 15:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda “National Geographic” tipli kanalların yayım şərtləri asanlaşdırılacaq

“Qanunun qəbulundan sonra televiziyanın spektri genişlənə bilər. Artıq bazara yeni yayımçılar (platforma yayımçıları və s.) gələcək”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu APA-ya müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov bildirib.MTRŞ sədri deyib ki, Azərbaycanda “Discovery”, “National Geographic” tipli kanalların olmasını çox istərdilər: “İxtisaslaşmış belə tanınmış kanalların Azərbaycan dilində versiyasının olmasına da qanun layihəsinin qəbulu imkan yaradacaq. Belə kanallar Rusiyada rus dilində, Türkiyədə türk dilində yayım həyata keçirirlər. Niyə Azərbaycan dilində belə ixtisaslaşmış məşhur kanallar olmasın? Qanun layihəsində bunun üçün stimullaşdırıcı müddəalar salınıb. Bu cür kanalın 24 saatlıq efirinin Azərbaycan dilində tərcümə və ya dublyajla yayımı çətin və çox maliyyə yükü olan məsələdir ki, bu da həmin yayımçının bazara gəlməsini əngəlləyə bilər. Ona görə, layihədə qeyd olunub ki, “prime time” vaxtlarında həmin kanalın proqramları Azərbaycan dilində yayımlanacaqsa, digər saatlarda başqa dillərdə (ingilis, türk, rus və s.) yayımlanmasına və həmin kanalda reklam yerləşdirilməsinə (yerli media reklam bazarında iştiraka) icazə veriləcək. Amma belə kanallar yalnız platforma yayımçısı lisenziyası alaraq ödənişli (kabel, İPTV, OTT, peyk) platforma yayımında mövcud ola biləcəklər”.



Xəbəri paylaş

253 dəfə oxunub.

Digər xəbərlər
1-10-2021, 10:43 Qubada zəlzələ olub