Saytımızı qiymətləndirin


 
 

Baş Prokurorun müavini: “Helikopterin uçuşu və təlimlərə cəlbiylə əlaqədar qanun pozuntusu müəyyən edilməyib”
Tarix: 20-12-2021 | Saat: 12:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Elçin Məmmədov

“Helikopterin qəzaya uğraması ilə bağlı daxil olan məlumat əsasında peşəkar əməkdaşlar tərəfindən dərhal hadisə yerinə müfəssəl baxışın keçirilməsi təmin olundu. Helikopterin qəzaya uğramasının səbəblərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən “qara qutu”-nun hadisə yerinə baxış zamanı müvafiq texniki və prosessual normalara uyğun olaraq götürülməsi tərəfimizdən həyata keçirilib”.
Qarabaginfo.az xəbər verir ki, bunu Baş Prokurorluqda “Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair” keçirilən brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib.
O bildirib ki, istintaqın hazırkı mərhələsində cinayət işi üzrə çoxsaylı şahidlərin dindirilməsi təmin olunub, eyni zamanda intensiv istintaq hərəkətləri həyata keçirilib, müxtəlif ekspertizalar təyin olunub və digər tədqiqatlar aparılıb.
“Qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib. Belə ki, helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş plana əsasən uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilmişdir ki, bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar edilməyib”.



Xəbəri paylaş

275 dəfə oxunub.

Digər xəbərlər