Saytımızı qiymətləndirin


 
 

Ukrayna Ali Radası Qolodomorun soyqırımı kimi tanınması üçün Bundestaqa müraciət edib
Tarix: 16-12-2021 | Saat: 18:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ukrayna Ali Radası

Ukrayna Ali Radası 1932-1933-cü illərdə Ukraynada baş vermiş kütləvi aclığın Ukrayna xalqına qarşı soyqırımı kimi tanınması ilə bağlı Almaniya Federativ Respublikasının parlamentinə müraciət qəbul edib.

Qarabaginfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, müvafiq qətnamə layihəsini 331 deputat dəstəkləyib.

“Ukrayna Ali Radası Almaniya Bundestaqını 1932-1933-cü illərdə Ukraynada baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanımağa, buna siyasi qiymət verməyə çağırır”, - müraciətdə bildirilir.

Qeyd olunub ki, bu addım totalitar rejimin bu cinayətinin milyonlarla qurbanının xatirəsini ehtiramla yad etmək üçün mühüm siqnal olacaq, eyni zamanda, yeni nəsillər üçün dinc və təhlükəsiz gələcəyin təmin edilməsinə mühüm töhfə olacaq.

 



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər
17-04-2023, 16:16 Pezident Fərman imzaladı