Saytımızı qiymətləndirin


 
 

Paşinyan: “Azərbaycanla saziş regiondakı mühiti dəyişəcək”
Tarix: 16-12-2021 | Saat: 11:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Mən Azərbaycanla sazişin əhəmiyyətini çox qiymətləndirmək istəmirəm. Amma digər tərəfdən də qiymətləndirməmək olmaz. Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə həyata keçirəcəyik. Bu, vacib layihədir regiondakı iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək”.

Qarabaqinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən bildirib.

 

O bildirib ki, yaxın gələcəkdə diqqəti bu problemin həllinə yönəltmək lazımdır. Paşinyan xatırladıb ki, Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Onun sözlərinə görə, tərəflər ümumi yanaşma və baxış nöqtələrini formalaşdırmağa, eyni zamanda fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.

Nikol Paşinyan deyib ki, Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə Gümrü-Qars dəmir yolunun işə salınması da mümkündür.(modern.az)

 



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər