Saytımızı qiymətləndirin


 
 

Kreml: "Rusiya və Çin liderlərinin görüşü fövqəladə dərəcədə vacibdir"
Tarix: 14-12-2021 | Saat: 14:26
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Kreml: Rusiya və Çin liderlərinin görüşü fövqəladə dərəcədə vacibdir

“Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Szinpin arasında videoformatda keçiriləcək sammit son dərəcədə vacibdir”.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, Rusiya və Çin beynəlxalq problemlər üzrə müttəfiqdir: “Görüşdə NATO və ABŞ-ın təcavüzkar ritorikası fonunda beynəlxalq məsələlər, habelə energetika sahəsinə dair problemlərin müzakirə olunacağı gözlənilir”.

Qeyd edək ki, V.Putinlə S.Szinpinin onlayın görüşü dekabrın 15-də keçiriləcək.()



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər