Saytımızı qiymətləndirin


 
 

H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO
Tarix: 14-12-2021 | Saat: 13:59
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO

Azərbaycan boyu vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Layihələr yerli, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yollarını əhatə edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Qarabaginfo.az-a verilən məlumata görə, bu cür layihələrdən biri respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunun dörd zolağa genişləndirilməsidir. Layihə çərçivəsində AAYDA tərəfindən tikinti işlərinə start verilib.

Layihə üzrə H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunun dörd zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-25 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndiriləcək.

Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının inşası işləri sürətlə davam etdirilir.

Yolun 8 km-lik hissəsində yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Hazırda zəruri materialdan istifadə olunmaqla, yol əsasının alt qatı hazır olan hissələrdə əsasın üst qatı inşa edilir, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının inşası da yekunlaşıb.

Hazırda yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.

Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yüksək keyfiyyətlə agentliyin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb olunub.

 

H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO H.Z.Tağıyev-Sumqayıt avtomobil yolu dörd zolağa genişləndirilir - FOTO - VİDEO




1428 dəfə oxunub.

Digər xəbərlər