Saytımızı qiymətləndirin


 
 

Elxan Məmmədov: “Qarabağ” Azərbaycan idmanında tarix yazır”
Tarix: 13-12-2021 | Saat: 13:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Elxan Məmmədov: “Qarabağ” Azərbaycan idmanında tarix yazır”

“Bu mükafat Azərbaycan futbol ailəsinin mükafatıdır”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu AFFA-nın vitse-prezidenti Elxan Məmmədov İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsi zamanı çıxışında deyib.

İlin idman yarışı nominasiyasının qalibi AVRO-2020-nin Bakıda keçirilən 4 oyunu seçilib. Mükafatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlidən alan Elxan Məmmədov fikrini bu sözlərlə davam etdirib: “Asan yol deyildi. 2016-cı ildə hazırlıq işləri başladı. İlk mərhələdə 13 şəhər var idi. 4 il ərzində iki şəhər bu hüquqdan məhrum qaldı. Brüssel və Dublin öz öhdəliklərini yerinə yetirə bilmədi. Çox gözəl Avropa çempionatı təşkil olundu. Pandemiya dönəminə düşsə də, böyük futbol bayramının şahidi olduq. Bakıda qrup mərhələsi ilə yanaşı, 1/4 final matçı da oldu. Dövlət təşkilatlarımıza təşəkkür edirəm, onlar hər zaman bizə dəstək göstərdilər”.

O, Konfrans Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanan “Qarabağ”ı təbrik edib: “Qarabağ” Azərbaycan idmanında tarix yazır. Əminəm ki, növbəti illərdə də yeni rekordlara imza atacaq”.

Məmmədov zarafatla İlqar Rəhimova zəfər bayrağını onlara verməyi xahiş edib: “İlqar müəllimdən xahiş etmək olar ki, müzəffər zəfər bayrağını milli komandamıza verəsiniz. Bəlkə bu bizə uğur gətirər”.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər