Saytımızı qiymətləndirin


 
 

Zelenski qalmaqala girən nazir müavini ilə bağlı açıqlama verib
Tarix: 12-12-2021 | Saat: 17:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna prezidenti Vladimir Zelenski

 

Ukrayna prezidenti Vladimir Zelenski daxili işlər naziri Denis Monastırskidən və Nazirlər Kabinetindən qalmaqala səbəb olan departament rəhbərinin müavini Aleksandr Qoqilaşvilinin işdən çıxarılması məsələsinə baxmağı xahiş edib.

Qarabaginfo.az ki, bu barədə Prezident bazar günü Telegram kanalında yazıb.

O yazıb ki, daxili işlər nazirinin müavini Aleksandr Qoqilaşvili ilə bağlı insidentə yalnız bir reaksiya ola bilər:

“Daxili işlər nazirindən və Nazirlər Kabinetindən daxili işlər nazirinin müavininin vəzifəsindən azad edilməsi məsələsinə baxılmasını xahiş edirəm. Əminəm ki, müvafiq bəyanatı artıq nazir müavini özü yazıb”.

Qeyd edək ki, Qoqilaşvilinin adı Donetsk vilayətindəki nəzarət-buraxılış məntəqəsindəki qalmaqalda hallanır. Bundan əvvəl “Ostannya Kraplya” “Youtube” kanalında Qoqilaşviliyə bənzər bir adamla çəkilmiş video yayımlanmışdı.

Videonun altındakı yazıda müəlliflər iddia edirlər ki, Donetsk vilayətinin girişində məmur polis əməkdaşının tələblərini yerinə yetirməkdən imtina edib və dərhal keçid məntəqəsində dayanmayıb.

Dayanacaqdan sonra həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə edib ki, onu görmədən tanısınlar. Həmçinin videonun müəllifləri məmurun hədə-qorxu gələrək əlbəyaxa davaya girməsini də yazıblar.(Apa)



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər