Saytımızı qiymətləndirin


 
 

Səfir: “Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin tarixində önəmli liderdir”
Tarix: 12-12-2021 | Saat: 16:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Cahit Bağçı Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım etdi » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

"Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günüdür. Heydər Əliyevi rəhmətlə anırıq".

Qarabaginfo.az bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın quruluşu, azadlığı uğrunda ən önəmli addımları atan, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin tarixində önəmli liderdir.

Onun sözlərinə görə, bugünkü Türkiyə-Azərbaycan münasibətlərinin təməli Heydər Əliyev tərəfindən qoyulub:

“Bir millət-iki dövlət anlayışının memarı Heydər Əliyevdir. Bu anlayış Türkiyə-Azərbaycan münasibətlərinin mayasıdır. Ümummilli liderin yeganə vəsiyyəti Qarabağın azad edilməsi idi. Bu gün Qarabağ azaddır. Bu gün Heydər Əliyev məzarında rahat yatır."



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər