Saytımızı qiymətləndirin


 
 

İtaliyada müəllimlər hökumətinin iqtisadi siyasətinə qarşı etiraz aksiyası keçirib
Tarix: 11-12-2021 | Saat: 06:54
Bölmə:Karusel / Dünya | çapa göndər

İtaliyada müəllimlər hökumətinin iqtisadi siyasətinə qarşı etiraz aksiyası keçirib

İtaliya hökumətinin iqtisadi siyasətinə qarşı məktəb müəllimləri etiraz olaraq tətil ediblər.

Qarabaginfo.az “Radio 1”ə istinadən xəbər verir ki, aksiyanın təşkilatçıları hakimiyyəti təhsilə çox az maliyyə ayırmaqda ittiham edirlər.

Etirazçılar həmçinin mövcud müqavilə sistemindən narazılıqlarını bildiriblər. Eyni zamanda pandemiya ilə bağlı təhsil müəssisələrində çətinliklərin və təhlükəsizlik şəraitinin təmin edilməsinin vacibliyini qeyd ediblər.

Tətilə ölkənin ən böyük həmkarlar ittifaqları dəstək verib.

Qeyd edək ki, İtaliyada ən böyük həmkarlar ittifaqları dekabrın 16-da “sosial cəhətdən ədalətsiz” adlandırdıqları büdcə layihəsinə etiraz olaraq ümumi tətil elan ediblər.(Apa)



Xəbəri paylaş

1208 dəfə oxunub.

Digər xəbərlər