Saytımızı qiymətləndirin


 
 

Moskvada “3+3” formatında ilk iclas keçirilir
Tarix: 10-12-2021 | Saat: 17:05
Bölmə:Karusel / Siyasət | çapa göndər

Moskvada “3+3” formatında ilk iclas keçirilir

Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan “3+3” formatında görüş keçirilir.

Qarabaginfo.az-ın Moskva müxbirinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar evində keçirilən görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və İran xarici işlər nazirlərinin müavinləri iştirak edirlər.

Azərbaycanı görüşdə XİN başçısının müavini Xələf Xələfov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edir.

Qeyd edək ki, “3+3” formatında görüş mətbuatın iştirakı olmadan qapalı keçirilir.



Xəbəri paylaş

1205 dəfə oxunub.

Digər xəbərlər