Saytımızı qiymətləndirin


 
 

KTM-in baş infeksionisti: ""Omicron”un yoluxduruculuğu daha yüksəkdir"
Tarix: 10-12-2021 | Saat: 15:52
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

KTM-in baş infeksionisti: ""Omicron”un yoluxduruculuğu daha yüksəkdir"

""Omicron” ştamı yeni çıxdığı üçün tədqiqatlar gedir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin (KTM) baş infeksionisti Fərrux Sədirov “COVID-19 - Omikron ştamı” mövzusunda çıxışında deyib.

O bildirib ki, bu ştamda qızdırma, baş ağrısı və əzələ ağrıları simptomları var: “Hələ ki, ştamın spesifik xüsusiyyətləri ilə bağlı nəsə demək olmaz. İlkin məlumatlara görə, yoluxduruculuğu yüksəkdir. “Omicron”un 10-15 faiz daha yüksək yoluxduruculuğu olduğu qeyd olunur”.

İnfeksionist bildirib ki, hər yaş qrupunda bu ştam aşkarlana bilər: “Peyvənd olunmayanlarda yoluxma daha çox olacaq. Peyvəndin üstündən 4-5 ay keçəndə də bu ştama yoluxma olur. Buna görə buster doza vurdurmaq lazımdır. “Omicron” ştamı digərlərindən fərqli olaraq formalaşmış immun cavabdan qaça bilər deyə ön fikirlər var. Bu da mutasiyanın daha ciddi olduğunu göstərir”.



Xəbəri paylaş

1578 dəfə oxunub.

Digər xəbərlər