Saytımızı qiymətləndirin


 
 

Bu il əhali avtomobil benzini və dizelə 2 milyard 279,5 milyon manat xərcləyib
Tarix: 10-12-2021 | Saat: 15:46
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Bu il əhalinin avtomobil benzini və dizel yanacağına xərclədiyi vəsaitin həcmi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 279,5 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Qarabaginfo.az-ın  Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılan benzin və dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur.

Bu ilin 11 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.(Report)



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər