Saytımızı qiymətləndirin


 
 

KTM-in baş infeksionisti yeni ştamlara qarşı əhalini buster doza vurdurmağa çağırıb
Tarix: 10-12-2021 | Saat: 15:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir

"Xəstəliyi keçirən, peyvənd olunan şəxslərin müəyyən müddətdən sonra immun cavab azalmağa başlayır".

Qarabaginfo.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

“Koronavirusun bütün ştamlarına qarşı müəyyən müddət sonra yoluxma ehtimalımız artır. Ona görə də yoluxma ehtimalımızı azaltmaq üçün buster doza ilə dayanıqlığı artırmalıyıq. Koronavirus 80 faiz hallarda həkim müayinəsinə və xəstəxanada müalicəyə ehtiyac olmadan öz-özünə sağalan xəstəlikdir, 20 faiz hallarda isə hospitalizasiyaya ehtiyac olur”, - o bildirib.

F.Sədirov vurğulayıb ki, peyvənd olunan şəxslər virusa daha az yoluxur, yaxud yoluxsalar da yüngül keçirirlər: "Bunu bütün dünya deyir və praktikada da görürük. Peyvənd olunmmayan şəxslərin xəstəxanaya, reanimasiyaya düşmə və həyatını itirmə ehtimalı dəfələrlə çoxdur".



Xəbəri paylaş

1293 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70