Saytımızı qiymətləndirin


 
 

DİN: "Ağdamda “Azərişıq” işçilərini bıçaqlayan şəxs saxlanılıb"
Tarix: 09-12-2021 | Saat: 21:00
Bölmə:Karusel / Kriminal | çapa göndər

Xaçmazda bıçaqlama olayı haqda YENİ TƏFƏRRÜATLAR

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda "Azərişıq" əməkdaşlarının bıçaqlanması barədə məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəhim Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda araşdırma davam etdirilir.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər