Saytımızı qiymətləndirin


 
 

"Ermənistanın Azərbaycana qarşı qərarlar qəbul etdirmək cəhdləri nəticə verməyəcək - Elnur Məmmədov:
Tarix: 08-12-2021 | Saat: 12:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

“Azərbaycan Vətən müharibəsindən sonra işğala son qoyduğunu və münaqişənin bitdiyini nəzərə alaraq Ermənistana qarşılıqlı surətdə ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişinin imzalanmasını, delimitasiya və demarkasiya işlərinin ikitərəfli formatda keçirilməsini təklif etmişdi”.

Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“26 noyabr tarixli Soçi bəyanatında ikitərəfli komissiyanın yaradılması istiqamətində işlərin aparılması da nəzərdə tutulub. Bu çağırış da Azərbaycanın siyasi gündəliyi ilə üst-üstə düşür. Beləliklə, Ermənistan Azərbaycana qarşı bu mərhələdə Beynəlxalq Ədalət Məhkəməsində sərt qərarlar qəbul etdirməklə siyasi xal qazanmaq cəhdləri uğursuzluqla nəticələnidi. Artıq bu prosesi daha uzun bir mərhələdə izləyəcəyik”, - o deyib.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər