Saytımızı qiymətləndirin


 
 

Putin Hindistanda səfərdədir
Tarix: 06-12-2021 | Saat: 16:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin Hindistanda səfərdədir

 

Rusiya Prezidenti Vladimir Putin Hindistana rəsmi səfər edib.

Qarabaginfo.az “TASS”a istinadən xəbər verir ki, Putin Hindistanda ölkənin Baş naziri Narendra Modi ilə danışıqlar aparacaq.

Tərəflər görüş zamanı “G20”, BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq məsələləri də daxil olmaqla dünyada gündəmdə olan məsələləri müzakirə edəcəklər.

Bununla yanaşı, Putin və Modi strateji sabitlik, terrorizm ilə mübarizə, Asiya-Sakit okeanı regionunda və Əfqanıstandakı vəziyyət ətrafında fikir mübadiləsi aparacaqlar.



Xəbəri paylaş

283 dəfə oxunub.

Digər xəbərlər