Saytımızı qiymətləndirin


 
 

Rusiya sülhməramlılarından Ağdərə AÇIQLAMASI
Tarix: 06-12-2021 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya sülhməramlı kontingentinin hərbçiləri keçmiş Ağdərə rayonu ərazilərinin minalardan təmizlənməsi üzrə işlərə başlayıblar.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

“Rusiya sülhməramlıları partlamamış hərbi sursatların, mərmilərin və minaların axtarışı, yaşayış məntəqələrinin, kənd təsərrüfatı torpaqlarının və mal-qaranın saxlanması üçün otlaq sahələrinin  təmizlənməsi işlərini həyata keçirilər”,- məlumatda bildirilib.


Ümumilikdə, 2020-ci il noyabrın 23-dən bəri Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamları tərəfindən 2322,1 hektar ərazi, 683 km yol, 1937 tikili partlamamış hərbi sursatdan təmizlənib, 26078 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.



Xəbəri paylaş

270 dəfə oxunub.

Digər xəbərlər