Saytımızı qiymətləndirin


 
 

Zaqatalada qapalı məkanlarda reyd keçirilib, 30-a yaxın şəxs cərimələnib
Tarix: 04-12-2021 | Saat: 08:53
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Zaqatalada qapalı məkanlarda reyd keçirilib, 30-a yaxın şəxs cərimələnib

 

Zaqatalada polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar rayon ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı iri marketlərdə və digər qapalı obyektlərdə bəzi vətəndaşlar tərəfindən sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkar olunub.

Tibbi maskadan istifadə etməyən alıcı və satıcılarla polis əməkdaşları izahedici söhbətlər aparıb , onların barəsində qanunauyğun tədbir görüblər. Qaydalara laqeyd yanaşan, tələblərin pozulmasına şərait yaradan obyekt sahiblərinə ciddi xəbərdarlıq edilib.

Həmçinin, kafe və restoranlarda müştərilərin, xidmət personalının COVID-19 pasportları yoxlanılıb, qaydalara riayət etmələrinin vacibliyi sahibkar və icarədarların diqqətinə çatdırılıb.

Yol polisi bölməsinin əməkdaşları ictimai nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinləri, eləcə də sürücüləri müəyyən ediblər. Həmin şəxslər avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər aşkarlanıb və ümumilikdə reyd zamanı 30-a yaxın şəxs barəsində cərimə protokolu tərtib edilib.




158 dəfə oxunub.

Digər xəbərlər