Saytımızı qiymətləndirin


 
 

Bakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıb
Tarix: 03-12-2021 | Saat: 10:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıb

Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qalıb.

Qarabaginfo.az-ın  məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, taksi sürücüsü qadına çay içmək təklifi edib. Qadın da həmin şəxsə rədd cavabı verib. Lakin sürücü yenə də sərnişinə təkliflərini davam etdirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, görüntülər araşdırılıb.

O qeyd edib ki, həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb: "Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib”.

“Taksi sürücülərin bu və ya digər neqativ halları ilə bağlı mətbuata geniş məlumat veriləcək”, - o vurğulayıb.



Xəbəri paylaş

239 dəfə oxunub.

Digər xəbərlər
25-02-2022, 12:51 Sabah yağış yağacaq
12-10-2022, 13:27 Sabah hava necə olacaq?