Saytımızı qiymətləndirin


 
 

Misir XİN Azərbaycana başsağlığı verib
Tarix: 02-12-2021 | Saat: 22:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Misir XİN Azərbaycana başsağlığı verib

Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi (XİN) 14 nəfərin həlak olduğu hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Misir XİN-in feysbuk  səhifəsində paylaşılıb.

Paylaşımda deyilir:

“Misir Ərəb Respublikası insan itkisi və ağır xəsarətlərlə nəticələnən hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına dərin hüznlə başsağlığı verir. Həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”.

“Misir bu faciəli qəzada Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bir daha təsdiqləyir”, - paylaşımda vurğulanır.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət poliqonunda qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər isə həlak olub.



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70