Saytımızı qiymətləndirin


 
 

Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi - Fotolar
Tarix: 02-12-2021 | Saat: 17:55
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi

Dekabrın 2-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçular - polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Bu barədə Qarabaginfo.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər.

Hərbi qulluqçuların ailələrinə baş çəkilib, onlara baş sağlığı verilib.

 







 



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər
9-09-2022, 12:47 Sabahın hava proqnozu