Saytımızı qiymətləndirin


 
 

"Azəriqaz" rəhbərliyi Lənkəranda vətəndaşlarla görüşüb - FOTO
Tarix: 02-12-2021 | Saat: 17:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Azəriqaz" rəhbərliyi Lənkəranda vətəndaşlarla görüşüb - FOTO

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bu dəfə Lənkəran şəhərində vətəndaşlarla görüş keçirərək onların problemləri ilə maraqlanıb.

Qarabaginfo.az-a verilən məlumata görə, çıxış edən vətəndaşlar bir sıra məsələlərdə onlara köməklik edilməsini xahiş ediblər. Masallı rayonu, Rüdəkəran kənd sakini Əhliman Hidayətov sözü gedən kənddə uzun illərdir ki, mavi yanacağın olmadığını bildirərək kəndin qazlaşdırılmasını xahiş edib. Lənkəran Şəhər Mədəniyyət Evinin direktoru Hafiz Mirzə təbii qazın təzyiqi ilə bağlı problemin olduğunu qeyd edib. Birliyin əməkdaşları qaz tənzimləyici şkafa baxış keçiriblər və mövcud məsələ yerindəcə araşdırılaraq məlumat verilib. Digər müraciət Lənkəran rayon sakini Rahab Nəzəroğlu tərəfindən ünvanlanıb. O, yaşadığı binada təbii qazdan istifadə edə bilmədiyini bildirib. Vətəndaşa müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı məlumat verilib.

Görüşdə Birlik rəhbərliyi ilə yanaşı, Lənkəran Rayon İcra Hakimiyyətinin, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.

Qeyd edək ki, bu “Açıq mikrofon” aksiyası çərçivəsində "Azəriqaz" İB rəhbərliyinin vətəndaşlarla sayca 32-ci görüşüdür.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər
1-03-2019, 10:26 Bürclər – 1 mart