Saytımızı qiymətləndirin


 
 

30 il UNESCO-dan rəy gözlədik - Prezidentin köməkçisi
Tarix: 02-12-2021 | Saat: 11:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə qarşı öz rəyini bildirsin.

 Qarabaqinfo.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

 H.Hacıyev bildirib ki, Azərbaycanın işağldan azad edilən ərazilərində mədəni irsi dağıdılıb, məhv edilib.

 "Biz orada sistematik olaraq mədəni irsimizin dağıdılması halları ilə rastlaşırdıq və biz artıq 30 ildir gözləyirdik ki, UNESCO oraya səfər təşkil etsin, mədəni irsimizə törədilənlərə qarşı öz rəyini bildirsin".

 Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.

 BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər
17-12-2020, 12:48 "Oğulsansa sür Şuşaya"


Bu gün, 14:45Tofiq Hüseynov - 70