Saytımızı qiymətləndirin


 
 

Almaniyada II Dünya Müharibəsindən qalmış bombanın partlaması nəticəsində 4 nəfər xəsarət alıb
Tarix: 01-12-2021 | Saat: 20:40
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniyada II Dünya Müharibəsindən qalmış bombanın partlaması nəticəsində 4 nəfər xəsarət alıb

Münxen dəmir yolu vağzalı yaxınlığında inşaat işləri zamanı bomba partlayıb.

Qarabaginfo.az xəbər verir ki, görə, hadisə nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.

Hadisə dəmir yolu körpüsü yaxınlığında qazıntı işləri zamanı baş verib. Partlayış nəticəsində yerli və beynəlxalq qatarların hərəkəti dayanıb. Yerli polis bildirir ki, partlayan II Dünya Müharibəsindən qalmış 250 kiloqramlıq aviabomba olub. Sursatın indiyədək hansı səbəbdən aşkar edilməməsi şübhə doğurur. Çünki Almaniyada bir qayda olaraq minaaxtaranlar bütün inşaat sahələrini tikintidən əvvəl yoxlayırlar.

2020-ci ildə Teslanın Berlin yaxınlığındakı zavodunun inşaat sahəsində müharibədən qalmış 7 bomba aşkar edilmişdi. Ötən il həmçinin Köln, Dortmund və Ştutqartda döyük dağıdıcı gücə malik bombalar zərərsizləşdirilib.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər