Saytımızı qiymətləndirin


 
 

DİN: Bakıda bir qrup şəxsin aksiya cəhdinin qarşısı alınıb
Tarix: 01-12-2021 | Saat: 17:19
Bölmə:Karusel / Hadisə | çapa göndər

DİN: Bakıda bir qrup şəxsin aksiya cəhdinin qarşısı alınıb

Bu gün saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı"nda ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb: "Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar. 

Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər