Saytımızı qiymətləndirin


 
 

Britaniya səfiri helikopter qəzasına görə başsağlığı verib
Tarix: 30-11-2021 | Saat: 20:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Britaniya səfiri Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə videomüraciət yaydı

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Dövlət Sərhəd Xidmətinin hərbi helikopterini qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, səfir bu barədə "Twitter"də paylaşım edib.

“Bu gün helikopter qəzasında həyatlarını itirənlərə rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər