Saytımızı qiymətləndirin


 
 

“Türkiyəyə 16,5 milyard dollar yatırım etmişik” - SOCAR-dan AÇIQLAMA
Tarix: 30-11-2021 | Saat: 16:04
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Türkiyəyə 16,5 milyard dollar yatırım edilib, bunu "SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, 10 mindən çox insan işlə təmin edilib, podratçı şirkətləri də nəzərə alsaq, bu rəqəm yüz minlərə çıxır.
 
"2021-ci ili yaxşı nəticələrlə bitiririk. Böhrana baxmayaraq, "SOCAR Türkiyə” olaraq ayaqda dura bildik. Hazırda Türkiyənin ən böyük xarici investoruyuq. Türkiyəyə 16,5 milyard dollar yatırım etmişik. Son 2 ildə ən böyük uğurlarımızdan biri "SOCAR Türkiyə”nin ən böyük sənaye holdinqi statusunu qazanmağımızdır. Azərbaycan şirkətlərinin Türkiyədə bu statusu qazanmağı hamımız üçün böyük nailiyyətdir”, - deyə o, bildirib. 

Qəhrəmanov əlavə edib ki, bu il tədqiqat və inkişaf şirkəti holdinqə qatılıb.
 
"Artıq biz bunun nəticəsini görürük. Holdiqə daxil olan ilk şirkət "Petkim”dir. 50 ilin şirkəridir. Türkiyənin neft-kimya məhsullarının 17 faizini qarşılayır. Bu il "Petkim” üçün çoz uğurlu oldu. İl hələ bitməyib, biz tarixdə ən rekord qazancımızı açıqlamışıq. Ümumilikdə 5 minə yaxın insan bu şirkətdə çalışır”, - baş deyə direktor söyləyib. 
SOCAR 2008-ci ildə Özəlləşdirmə İdarəsindən "Petkim”in alınması ilə Türkiyədə fəaliyyətə başlayıb. Bu günə qədər SOCAR Terminal, Petkim, STAR Neft Emalı Zavodu və TANAP daxil olmaqla investisiya dəyəri 16,5 milyard dolları keçib. (anews.az)


Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər