Saytımızı qiymətləndirin


 
 

Narkotik çəkib sərnişin avtobusu sürən 3 sürücü saxlanıldı
Tarix: 30-11-2021 | Saat: 14:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Narkotik çəkib sərnişin avtobusu sürən 3 sürücü saxlanıldı

 

Abşeron rayonunda narkotik vasitənin təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb.

DİN Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Abşeron rayonu Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında aparılan yoxlamaq zamanı daha ciddi qayda pozuntuları aşkar edilib.

Belə ki, 567 saylı marşurut xətti ilə Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında sürücü və sərnişinlər arasında pandemiya qaydalarına əməl edilmədiyi məlum olub. Eləcə də, sürücülərdən bir neçəsinin peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul oldqları müəyən edilib.

Aparılan yoxlamaq zamanı həmin xətt üzrə hərəkət edən 3 avtobusun sürücüsünün nəqliyyat vasitəsini sərnişinlərin həyatını təhlükə altına qoyaraq  narkotik vasitələrin təsiri altında idarə etdiyi aşkarlanıb. Həmin sürücülərin idarə etdiyi avtobuslar xəttdən kənarlaşdırılıb, özləri isə saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər.

Onların etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar məhkəməyə göndərilib. 



Xəbəri paylaş

315 dəfə oxunub.

Digər xəbərlər