Saytımızı qiymətləndirin


 
 

Aşıq Ələsgərin Bakıda abidəsi ucaldılacaq
Tarix: 30-11-2021 | Saat: 13:54
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Aşıq Ələsgərin Bakıda abidəsi ucaldılacaq

Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, sərəncam Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır

Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

Eyni zamanda Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.




74 dəfə oxunub.

Digər xəbərlər
21-08-2020, 18:42 MTRŞ bəyanat yayıb