Saytımızı qiymətləndirin


 
 

Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib
Tarix: 30-11-2021 | Saat: 13:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib

Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər.

Bu barədə Qarabaginfo.az-a hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.



Xəbəri paylaş

273 dəfə oxunub.

Digər xəbərlər